20 May 2024
AzTV-nin əməkdaşlarına hücum etdilər - Video

AzTV-nin əməkdaşlarına hücum etdilər - Video

27 İyun 2023
Baxış: 637

AzTV-nin "Həftə" verilişinin çəkiliş komandası Xəzər rayonunun Buzovna qəsəbəsinin çimərliyindən xüsusi reportaj hazırlayıb.

QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, Buzovnadakı çimərliyin dəmir çəpərlərlə hasarlanması kəskin narazılıqla qarşılanıb.Hasarlanan ərazi sakinlərin rahat gediş-gəlişinə mane olur, insanların dənizə çıxışı olan yolu bağlayıb.

Çəkiliş edildiyini görən sahibkarlar çəkilişə müdaxilə etməyə cəhd göstərdilər. Hətta onlardan biri AzTV kameralarına "sizin rəhbərliyinizlə indi danışaram, problem yoxdur" - deməkdən belə çəkinməyib. Sakinlərin sözlərinə görə, həmin obyektlərin sənədi yoxdur və qeyri-qanuni yolla hasara alıblar. Obyekt sahibi isə bildirir ki, sənədləri var.Xəzər Rayon İcra Hakimiyyəti isə bu məsələyə və iddialara cavab verməyib. yenisabah.az