14 May 2024
“Azəriqaz” və Rabitə Nazirliyi " - "Dövlətin adından vətəndaşların cibinə girən..." (SENSASİON AÇIQLAMA)

“Azəriqaz” və Rabitə Nazirliyi " - "Dövlətin adından vətəndaşların cibinə girən..." (SENSASİON AÇIQLAMA)

03 Fevral 2022
Baxış: 467

Tənqidçi, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Nizami adına Ədəbiyyat İnstitutunin əməkdaşı, filologiya elmləri doktoru Rəhim Əliyev Azərbaycanda bir sıra dövlət qurumların fəaliyyətini sərt şəkildə tənqid edib.

AJMEDİA.İNFO xəbər portalı Avropa.info-a istinadən xəbər verir ki, bu barədə İnterpress.az yazdıb. R.Əliyev bir sıra dövlət qurumlarının vətəndaşın cibinə girdiyini bildirib.

“Azəriqaza zəng vurusan deyir sizin sıra nömrəniz 44. Rabitə nazirliyinə zəng vurursan deyir sizin sıra nömrəniz 26.Azərbaycanda informasiya texnologiyalarının tətbiqi bundan ibarətdir.

Sonra da mobil telefondan pul silinir. Dövlətin adından vətəndaşların cibinə girən bu oğru qurumların bir sahibi yoxdur? Sovet vaxtı sinif yoldaşım müştərini 20 qəpik aldatdığı üçün 4 il həbsdə yatdı. Müstəqillik gələn kimi icra başçısının müavini oldu. “Ulutel” şirkətinə ayda 16 manat ödəyirəm, gündüzlər internet yoxdur. 4594829 nömrəsinə görə ayda 12,5 manat ödəyirən, heç zummer də yoxdur, nəinki internet", - deyə Rəhim Əliyev qeyd edib.

Avropa.info xatırladır ki, R.Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin atasıdır. O, bundan öncə də bəzi dövlət qurumlarının fəaliyyətini kəskin tənqid edib.