17 May 2024
"Azəriqaz" vacib məlumat YAYDI - PULSUZ OLACAQ

"Azəriqaz" vacib məlumat YAYDI - PULSUZ OLACAQ

27 İyul 2022
Baxış: 485

Abonentlər fərdi qazlaşdırmanı həyata keçirərkən G-4 və G-6 sayğaclarla ödənişsiz təmin olunacaqlar.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı müvafiq qaydalarda dəyişiklik edilib.

Belə ki, məişət qaz qurğusundan istifadə edən məişət abonentləri üçün qaz sayğacının həm quraşdırılması, həm də əvəzolunması qazpaylayıcının hesabına həyata keçiriləcək.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarəolunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov sözügedən dəyişiklik haqqında ətraflı məlumat verib.