17 May 2024
Azərbaycanlılar “Tik-tok”dan necə milyonlar qazanır? - AÇIQLAMA

Azərbaycanlılar “Tik-tok”dan necə milyonlar qazanır? - AÇIQLAMA

17 Dekabr 2021
Baxış: 690

“Tik-tok”u Azərbaycanda populyar edən səbəblər hansılardır? Həqiqətən ondan pul qazanmaq mümkündürmü? Bu şəbəkənin təhlükəli tərəfləri hansılardır?

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Moderator.az-a danışıb:


“”Tik-tok” təkcə Azərbaycanda deyil, bütün dünyada qısa müddətdə populyarlaşan resuslardan biridir. Onun populyarlaşmağının da səbəbləri var. Belə ki, istifadəçilər üçün daha rahat əlaqələr qura bilir, gəncləri, xüsusən də yeniyetmələri cəlbv etmək üçün xüsusi texnalogiyalardan istifadə edirlər. Bildiyiniz kimi orada qısa müddətli videolar çox cəlbedici rol oynaya bilir və sairə. Yəni, yeniyetmə və gənclərin maraq dairəsinə uyğun çevik, effektiv platforma hazırlayıblar, bu da istifadə və istifadə rahatlığını təmin etdiyinə görə bütün dünyada populyarlaşıb. Əslində Azərbaycanın qanunvericiliyi tələb edir ki, uşaqlar üçün bu məhdudlaşdırılsın və bu, birmənalıdır. Bildiyiniz kimi ölkəmizdə uşaqlarla bağlı qanunvericilik var və ona əsasən “Tik-tok” uşaqlar üçün məhdudlaşdırılmalıdır. Lakin düşünürəm ki, indi “Tik-tok”dan faydalanmaq, onun üzərindən biznes məqsədləri üçün istifadə etmək, kimsə özünü tanıtmaq, təqdim etmək mümkündür və niyə də olmasın".

Teqlər: Tik-tok