16 May 2024
"Azərbaycanlılar düşünür ki, bu, sondur, ancaq Ermənistan müharibəni uduzmayıb" - AKOPYAN

"Azərbaycanlılar düşünür ki, bu, sondur, ancaq Ermənistan müharibəni uduzmayıb" - AKOPYAN

17 Avqust 2021
Baxış: 1146

“Azərbaycanlılar düşünür ki, Ermənistanla bu müharibə son savaşdır. Əslində isə bu, belə deyil”.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri hərbi ekspert Mqer Akopyan RUSARMINFO-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədə Ermənistan böyük itkilər versə də, müharibəni uduzmayıb:

“Azərbaycan-Türkiyə tərəfinin apardığı müharibədən sonra Ermənistan tədricən özünə gəlir. Doğrudur, müharibədə Ermənistan tərəfi 44 gün ərzində çox üstün qüvvəyə müqavimət göstərdiyi üçün hərbi yox, siyasi məğlubiyyətə uğrayıb. Amma hər şey qarşıdadır”.(konkret.az)