20 May 2024
Azərbaycanlı vəzifəlilər PROKURORLUĞA VERİLDİ

Azərbaycanlı vəzifəlilər PROKURORLUĞA VERİLDİ

20 Yanvar 2024
Baxış: 382

Rusiya İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə sədri Mirnı kəndi sakinlərinin hüquqlarının pozulması ilə bağlı cinayət işinin istintaqının gedişi haqqında hesabat təqdim etməyi tapşırıb.

AJMEDİA.İNFO Rusiya mediasına istinadla bildirir ki, bir müddət əvvəl yerli sakinlər mənzil-kommunal sektorunda vəzifə tutan bir sıra azərbaycanlıların qanunsuz hərəkətlərə yol verməsindən şikayət ediblər. Sakinlər baş verənlərdən narahatdırlar və onlar hüquq-mühafizə orqanlarından bu qeyri-qanuni fəaliyyətə diqqət yetirmələrini xahiş edirlər.

Bu fakt əsasında Rusiya İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə istintaq orqanları cinayət işi üzrə araşdırma aparır. Şöbə rəisi cinayət işinin istintaqı və müəyyən edilmiş hallar barədə hesabat təqdim etməyi tapşırıb.(lent.az)