18 May 2024
Azərbaycanlı tanınmış şəxs ağır qəza keçirdiyi maşının içindən belə çıxarıldı - VİDEO

Azərbaycanlı tanınmış şəxs ağır qəza keçirdiyi maşının içindən belə çıxarıldı - VİDEO

27 Dekabr 2022
Baxış: 360

Dekabrın 10-da Yevlaxda Tanrıqulular kəndində "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır qəza barədə məlumat vermişdik. Bir nəfərin öldüyü (Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib), beş nəfərin isə müxtılif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerlə.dirildiyi həmin qəzadakı avtomobillərdən birinin görüntüsü yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Milli.az qəzadan bir neçə dəqiqə sonra yaralıların xurd-xəşil vəziyyətdə olan avtomobilin içərisindən xilas anını əks etdirən görüntüləri əldə edib.

Xəsarət alanlar futbol üzrə Azərbaycan Birinci Divizionunun 14-cü turu çərçivəsində həmin tarixdə keçirilmiş "Mingəçevir" - "Qaradağ Lökbatan" oyununa təyinat almış hakimlər və hakim-inspektordur. Belə ki, "Qaradağ Lökbatan"ın 2:0 qalib gəldiyi oyunda Rövşən Rəcəbov baş hakim olubsa, Elmin Süleymanov və Asif Abdullayev yan xətt hakimi, Rəsul Babayev isə dördüncü hakim kimi fəaliyyət göstərib. Vaxtı ilə APL-də hakimliyi ilə tanınan Ceyhun Haşımov isə bu matçın hakim-inspektoru olub. Hadisə onlar oyundan sonra Bakıya qayıdarkən baş verib.

Yaralılar bu avtomobilin içərisindən çıxarılıb

Qeyd edək ki, xəsarət alanlar Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu dərhal əraziyə çağırılan təcili yardım maşınları vasitəsilə xəstəxanaya yerləşdiriliblər.

Həmin kadrları təqdim edirik: