17 May 2024
Azərbaycanlı qızları fahişəliyə cəlb edən qadın HƏBS EDİLDİ

Azərbaycanlı qızları fahişəliyə cəlb edən qadın HƏBS EDİLDİ

19 Dekabr 2023
Baxış: 274

İnsan alverində təqsirləndirilən daha bir qadına hökm oxunub.

AJMEDİA.İNFO xəbər verir ki, Təranə İsmayılovanın azərbaycanlı qadınları aldatma yolu ilə, həmçinin hədə-qorxu ilə məcbur etməklə cinsi istismar edilməsi məqsədilə xaricə aparmaq üçün sənədlərlə qanunsuz hərəkətlər etdiyi məlum olub.

Qeyd olunan faktlarla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələrilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Məhkəmənin hökmü ilə T.İsmayılovanın əməlləri subuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.