19 May 2024
Azərbaycanlı müğənniyə səhnədə 5 min manat verildi - VİDEO

Azərbaycanlı müğənniyə səhnədə 5 min manat verildi - VİDEO

10 İyun 2022
Baxış: 400

Müğənni Dəniz Firudinli yeni xəbərlə gündəmə gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, iştirak etdiyi məclislərdən birində sənətçiyə gözlənilməz hədiyyə və xeyli pul göndərilib.

Firudinli ona təqdim edilən hədiyyə və pul qarşısında təəccübünü gizlədə bilməyib. Sənətçinin hədiyyəsi səhnəyə gətirildikdən sonra ona təqdim edilən pul da hesablanıb. Firudinliyə göndərilən vəsaitin 5000 AZN olduğu açıqlanıb.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə sənətçiyə bahalı villanının hədiyyə edilməsi ilə bağlı məlumatlar yayılmışdı.(Ölkə.az)