06 May 2024
Azərbaycanlı dünya çempionuna avtomobil hədiyyə olunacaq - FOTO

Azərbaycanlı dünya çempionuna avtomobil hədiyyə olunacaq - FOTO

20 May 2022
Baxış: 577

Kikboksinq üzrə azərbaycanlı dünya çempionu Anar Məmmədova avtomobil hədiyyə olunacaq.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bu gün start götürmüş kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimində federasiya rəhbərliyi tərəfindən ona “Şkoda Rapid” avtomobilinin açarı təqdim olunacaq.

Qeyd edək ki, Anar Məmmədov ötən il İtaliyada keçirilmiş dünya çempionatının Azərbaycandan yeganə qalibi olub. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev yarışdan öncə dünya çempionlarına avtomobil hədiyyə edəcəyinə söz vermişdi.