17 May 2024
Azərbaycanla həmsərhəd ölkədə 41 nəfərin “Omikron”a yoluxduğu rəsmən təsdiqləndi

Azərbaycanla həmsərhəd ölkədə 41 nəfərin “Omikron”a yoluxduğu rəsmən təsdiqləndi

21 Dekabr 2021
Baxış: 494

Azərbaycanının şimal qonşusu Rusiyada 41 nəfərin koronavirusun yeni “Omikron” ştamına yoluxması rəsmi təsdiqlənib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə COVID-19 ilə mübarizə üzrə əlaqələndirmə şurasının iclasında “Rospotrebnadzor”un sədri Anna Popova məlumat verib.

Onun sözlərinə görə, Rusiyada “Omikron” ştamına yoluxan xəstələrin əksəriyyətində koronavirusa qarşı immunitet var.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.