17 May 2024
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO

21 Fevral 2023
Baxış: 348

Xalq artisti Ramiz Novruz xəstəxanada vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə APA-ya oğlu Cavidan Novruz bildirib.

O, vida və dəfn mərasimləri ilə bağlı məsələlərin hələlik dəqiqləşmədiyini deyib.

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.

Ramiz Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M.Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T.Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib.

O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti vəfat etdi