20 May 2024
Azərbaycanın Türkiyəyə yatırdığı investisyaların həcmi 20 dəfə artıb

Azərbaycanın Türkiyəyə yatırdığı investisyaların həcmi 20 dəfə artıb

30 Yanvar 2024
Baxış: 439

Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyaların həcmi kəskin artıb.
Açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin ilk 9 ayında Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 2 milyard 691 milyon dollar həcmində birbaşa investisiya yatırıb.
Yatırılan investisiyaların 65,4%-i və ya 1 milyard 760 milyon dolları Türkiyənin payına düşüb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisyaların həcmi 20 dəfə artıb. Belə ki, 2022-ci ilin ilk 9 ayında Azərbaycanın Türkiyə iqtisadiyyatına 87,8 milyon dollar investisya yatırıb.
Onu da bildirək ki, Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisaiyaların həcmi 873 milyon dollar olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycan Türkiyənin yatırdığı investisiyadan təxminən 2 dəfə çox investisyanı Türkiyə iqtisadiyyatına yatırıb.Yeniavaz.com