18 May 2024
Azərbaycanın tanınmış jurnalisti vəfat etdi - FOTO

Azərbaycanın tanınmış jurnalisti vəfat etdi - FOTO

18 Oktyabr 2021
Baxış: 552

Tanınmış jurnalist Yolçu Xanvəli vəfat edib.

AJMEDİA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, o, bir neçə gün əvvəl infarkt keçirib, 5 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilmişdi.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, o, “Respublika” qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

Bundan başqa, Y.Xanvəli Aqrar Xidmətlər Agentliyinin Mətbuatla əlaqələr şöbəsində məsul vəzifə tutub.