18 May 2024
Azərbaycanın sabiq nazirinin iti yoxa çıxdı: MƏLUMAT YAYDI - FOTO

Azərbaycanın sabiq nazirinin iti yoxa çıxdı: MƏLUMAT YAYDI - FOTO

09 Noyabr 2022
Baxış: 352

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov itini axtarır.

AJMEDİA.İNFO bildirir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Sabiq nazir üç gündür yoxa çıxan itin xüsusiyyətləri ilə bağlı məlumat da verib:

“O, Mərdəkanda Şanı mehmanxanasının yaxınlığındakı evimdə itib. Alman çobanı iti idi - cinsi oğlan, 4,5 yaş, yəhər rəngli, boynunda dəmir yaxalığı var idi. Onun haqqında hər hansı məlumat olsa, minnətdar olaram”.