16 May 2024
Azərbaycanın Rusiyadakı Səfirliyi erməni mətbuatının təxribatının qarşısını aldı

Azərbaycanın Rusiyadakı Səfirliyi erməni mətbuatının təxribatının qarşısını aldı

20 Oktyabr 2021
Baxış: 556

Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub.

AJMEDİA.İNFO xəbər verir ki,Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən məlumata görə, Rusiya tərəfi bildirir ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyasi məsləhətləşmələr aparılmayıb.

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır.