19 May 2024
Azərbaycanın ən kasıb rayonu  - Hər 7 nəfərdən biri yardımla yaşayır

Azərbaycanın ən kasıb rayonu - Hər 7 nəfərdən biri yardımla yaşayır

21 Noyabr 2023
Baxış: 429

Azərbaycan əhalisinin 2,8 faizi dövlətdən ünvanlı sosial yardım alır.

AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, ünvanlı sosial yardım alanların sayı 283 901 nəfərdir və onların hər birinə ayda orta hesabla 111,28 manat ödənilir.

Qanunvericiliyə əsasən dövlətin ünvanlı sosial yardımını aztəminatlı ailələr, yəni kasıb olan insanlar alır.

Dövlətdən yardım ala bilmək üçün ailə fərdlərinin adambaşına düşən gəliri yaşayış minimumundan az olmalıdır. Hazırda yaşayış minimumu 246 manatdır.

Ailə üzvlərinin adambaşına düşən gəliri bu məbləğdən az olduqda dövlət qalan hissəni ailəyə ödəyir.

Azərbaycanda ən çox kasıb Bakıda qeydiyyatdadır. Onların sayı 40 581 nəfərdir.

Masallı rayonunda 12 814, Tovuz rayonunda 12 131, Lənkəran rayonunda 11 213, Yardımlı rayonunda 10 278 kasıb qeydiyyatdadır.

Kasıbların əhali sayına nisbətini əsas götürsək ən çox kasıb Yardımlı rayonunun payına düşür. Bu rayon sakinlərinin 15 faizi, yəni 6-7 nəfərdən biri dövlətdən yardım alır.