06 May 2024
Azərbaycanın Əməkdar elm xadimi VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar elm xadimi VƏFAT ETDİ - FOTO

11 Yanvar 2024
Baxış: 1670

Əməkdar elm xadimi, "Şöhrət” ordenli həkim Solmaz İsrafilbəyli vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

S.İsrafilbəyli 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İsrafilbəyli Solmaz Hüseyin qızı 13 mart 1928-ci ildə Bakı şəhərində anadan olub. Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, həkimləri təkmilləşdirmə institutu mama-ginekologiya kafedrasının müdiri vəzifəsində, 1982-89-cu illərdə Azərbaycanın baş mama-ginekoloqu, Respublika mama-ginekoloqlar cəmiyyətinin sədri vəzifəsində çalışıb. O, 165 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir.