18 May 2024
Azərbaycanda  zəncirvari QƏZA: Maşınlar toqquşdu, piyada yaralandı

Azərbaycanda zəncirvari QƏZA: Maşınlar toqquşdu, piyada yaralandı

22 Aprel 2023
Baxış: 340

Şəkidə zəncirvari yol qəzası baş verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov AJMEDİA.İNFO-ya bildirib ki, hadisə bu gün səhər saat 09:35 radələrində 5 avtomobilin iştirakı ilə baş verib:

"Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir".

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.