18 May 2024
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXS obyekt sahibini DÖYDÜ - ANBAAN VİDEO

Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXS obyekt sahibini DÖYDÜ - ANBAAN VİDEO

08 Aprel 2022
Baxış: 476

Azərbaycan Milli Güləş Federasiyasının prezidenti Cəlal Qurbanov obyekt sahibini döyüb.

AJMEDİA.İNFO Report-a istinadən xəbər verir ki, hadisə aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində qeydə alınıb.

Belə ki, C.Qurbanov və onun bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər.

Hadisə ilə bağl Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzinə müraciət edilib.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib. Bildirilib ki, həmin tarixdə Yasamal rayon sakini C.Qurbanov xuliqanlıq zəminində Xətai rayon sakini F.Əlizadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib:

“Xəstəxanada Fəhmin Əlizadəyə tibbi yardım göstərilib və daha sonra o, evə buraxılıb”.

Zərərçəkmişin vəkili Hikmət Əliyev deyib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, C.Qurbanov Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, "Fire Land" prodakşnın rəhbəri, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti və Azərbaycan Milli Güləş Federasiyasının prezidentidir. Onun bir çox şerlərinə mahnılar bəstələnib.