17 May 2024
Azərbaycanda yoluxma sayı 200-ə çatır - SON STATİSTİKA

Azərbaycanda yoluxma sayı 200-ə çatır - SON STATİSTİKA

15 İyul 2021
Baxış: 684

Azərbaycanda koronavirus infeksiyasına daha 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb.

Azərbaycanda bu gün 41 733 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 739 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 242 727, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 530 767, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 711 960 nəfər təşkil edir.