19 May 2024
Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərə dair yeni QADAĞA

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərə dair yeni QADAĞA

17 Noyabr 2023
Baxış: 323

Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni qadağa müəyyənləşir.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri müəyyənləşir. Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılacaq. Barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılacaq. Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına isə yol verilməyəcək.