16 May 2024
Azərbaycanda yəhudi dini mədəni mərkəzi tikilir

Azərbaycanda yəhudi dini mədəni mərkəzi tikilir

11 Yanvar 2024
Baxış: 782

Azərbaycanda yəhudi dini mədəni mərkəzi inşa edilir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında məlumat verib.

"Azərbaycan Prezidentinin Sərəncamı ilə yəhudi dini mədəni mərkəzi tikilir. Bu, yəhudilər üçün önəmli dəyərdir. Bundan öncə də dağ yəhudiləri üçün ibadət ocağı olan sinoqoq tikilmişdir. Bütün bunlar Azərbaycan dövləti tərəfindən həyata keçirilir", - o qeyd edib.