17 May 2024
Azərbaycanda yaşayan yəhudilər "Purim" bayramını qeyd edirlər

Azərbaycanda yaşayan yəhudilər "Purim" bayramını qeyd edirlər

07 Mart 2023
Baxış: 944

Azərbaycanda multikulturalizm xalqların və dini konfessiyaların dostluq və mehriban qonşuluq şəraitində fəaliyyətini və birgə yaşayışını təmin edən ölkənin dövlət siyasətidir. Tarix boyu və zamanımızda Azərbaycan ərazisində müxtəlif etnik-dil qruplarına mənsub yəhudilər yaşayır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayan yəhudilər öz tarixi bayramlarından biri olan Purim bayramını qeyd edirlər. Bu münasibətlə Azərbaycan Parlamentinin Millət vəkili, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rafailov Anatoliy Xaimoviç Bakı sinaqoqunda Purim bayramında iştirak edib. Qeyd edək ki, millət vəkili hər iki dövlətin Azərbaycan-İsrail, eləcədə dünya yəhudilərlə münasibətin xüsusi formalaşmasında özünəməxsus əməyi vardır. Buna görə bu il o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət ordeni"nə layiq gorulmuşdur. Anatoliy Rafayılov bir daha dünya yəhudilərinin və Azərbaycanda yaşayan yəhudilərin Purim bayramı münasibəti ilə təbrik etmiş, əsrlər boyu Azərbaycanda mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan yəhudi icmalarının hər il ölkədə bu kimi bayramların yüksək şəkildə qeyd edilməsini vurğulamışdır.

Открыть фото