21 May 2024
Azərbaycanda vəzifəli şəxs qəzada ÖLDÜ - FOTO

Azərbaycanda vəzifəli şəxs qəzada ÖLDÜ - FOTO

20 Fevral 2024
Baxış: 337

Ağdamda ərazi nümayəndəsi qəzada ölüb.

AJMEDİA.İNFO Trend-ə istinadən bildirir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Cabarrov Fərrux Nazim oğlu sürcülük hüququ və etibarnamə olmadan idarə etdiyi 02-BR-360 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əliməmədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışırmış.