20 May 2024
Azərbaycanda vəzifəli şəxs İNTİHAR ETDİ

Azərbaycanda vəzifəli şəxs İNTİHAR ETDİ

30 Sentyabr 2022
Baxış: 319

Lənkəran rayonu, Haftoni qəsəbə İcra Nümayəndəliyinin mühasibi intihar edib.

AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, 35 yaşlı Ramil Abdullayev ötən gün özünü asaraq həyatına son qoyub. Onun yaşadığı evin həyətində, yardımçı tikilidə intihar etdiyi bildirilir.

Qeyd edək ki, R.Abdullayev daha əvvəl sakini olduğu Kosalar kəndinin icra nümayəndəsi işləyib. Bir müddət öncə Haftoni qəsəbə nümayəndəliyində işə təyinat alıb.

Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda araşdırma aparılır.