17 May 2024
Azərbaycanda vəzifəli şəxs CƏZALANDIRILDI - FOTOLAR

Azərbaycanda vəzifəli şəxs CƏZALANDIRILDI - FOTOLAR

01 Avqust 2023
Baxış: 396

İsmayıllı rayonunda bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub.

Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Soltankənd kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.