16 May 2024
Azərbaycanda toyda QAN TÖKÜLDÜ - 3 nəfər...

Azərbaycanda toyda QAN TÖKÜLDÜ - 3 nəfər...

10 Dekabr 2023
Baxış: 294

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə "Mahrasa bağı" adlanan ərazidə yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Əli Musayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan ikisinin vəziyyətinin kafi, birinin isə orta-ağır olduğu bildirilir.

Məlumata görə hər üç şəxs toyda dava zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.