19 May 2024
Azərbaycanda tanınmış vəkili MAŞIN VURDU - FOTO/VİDEO

Azərbaycanda tanınmış vəkili MAŞIN VURDU - FOTO/VİDEO

06 İyun 2023
Baxış: 417

Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub.

AJMEDİA.İNFO xəbər verir ki, vəkilin qəza keçirməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə aparıcı Tarix Əliyevin ( Tolik) ad günü məclisindən çıxarkən Nizami rayonunda baş verib.

Şəfiqə Nağıyevanı maşın vurdu - VİDEO

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən “Qafqazinfo”ya təsdiq ediblər.

İdarənin baş inspektoru Araz Əsgərli deyib ki, hadisə nəticəsində vəkil dərhal xəstəxanaya aparılıb, vəziyyətinin yaxşı olduğu bildirilir:

“Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə törədən “KİA” markalı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Hazırda araşdırma aparılır.”