19 May 2024
Azərbaycanda taksi sürücüsündən TƏHQİRAMİZ HƏRƏKƏT: Bayrağımızla maşının tozunu sildi - VİDEO

Azərbaycanda taksi sürücüsündən TƏHQİRAMİZ HƏRƏKƏT: Bayrağımızla maşının tozunu sildi - VİDEO

12 Yanvar 2022
Baxış: 479

Azərbaycanda taksi sürücüsü avtomobilini Azərbaycan bayrağı ilə silib.

AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb.

Görüntülərdə orta yaşlı kişinin əlindəki bayraqla maşının üzərindəki tozu və avtomobilin dövlət nişanını silməyi yer alıb.

Videonu izləyənlər baş verən bu hadisəni qəzəblə qarşılayıblar.

Artıq Daxili İşlər Nazirliyi də Azərbaycan bayrağı ilə maşın silən şəxslə bağlı açıqlama yayıb. Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlayıb.

Həmin görüntüləri təqdim edirik: