17 May 2024
Azərbaycanda son sutkada 117 nəfər COVID-19-a yoluxub, 135 nəfər sağalıb, bir nəfər vəfat edib

Azərbaycanda son sutkada 117 nəfər COVID-19-a yoluxub, 135 nəfər sağalıb, bir nəfər vəfat edib

18 Sentyabr 2020
Baxış: 1330

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJM-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38 894 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1 898 nəfərdir.

Ölkədə son sutka ərzində 5 898, hazırkı dövrədək isə 1 041 184 test aparılıb.

Teqlər: Azərbaycan