21 May 2024
Azərbaycanda ŞOK İDDİA: Ana 1 yaşlı oğlunu ÖLDÜRMƏK İSTƏDİ

Azərbaycanda ŞOK İDDİA: Ana 1 yaşlı oğlunu ÖLDÜRMƏK İSTƏDİ

08 Avqust 2022
Baxış: 455

Ucarda dəhşətli hadisə baş verib.

AJMEDİA.İNFO "lent.az"a istinadən xəbər verir ki, rayonun Rəstəcə kənd sakini Fuad Hüseynov polisə ərizə ilə müraciət edərək arvadı Cəlalə İsmayılovanın 1 yaşlı oğlunu öldürmək istədiyini bildirib.

Ata iddia edir ki, həyat yoldaşı özünün istifadə etdiyi “Amitriptilin” dərmanını uşağa verərək qəsdən onu zəhərləyib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.