17 May 2024
Azərbaycanda sabiq vəzifəli şəxsin gəlini İNTİHAR ETDİ - FOTO

Azərbaycanda sabiq vəzifəli şəxsin gəlini İNTİHAR ETDİ - FOTO

25 Avqust 2021
Baxış: 1049

Dövlət Əmək Müfəttişliyinin sabiq rəisi Rauf Tağıyevin 31 yaşlı gəlini Nəbizadə Turan Məmmədəli qızı intihar edib.

AJMEDİA.İNFO yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı mərhumun yaxınları sosial şəbəkədə paylaşıblar.

Bildirilib ki, Turan Nəbizadə 22 avqust 2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu ərazisində yaşadığı binanın 6-cı mərtəbəsindən özünü atıb.

Qeyd olunur ki, Turan Nəbizadə uzun müddət ailədaxili psixi zorakılığa məruz qalıb və bu barədə atası ilə uzun yazışmaları var. Onu da qeyd edək ki, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru olan Rauf Tağıyev 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun köməkçisi və partiyanın təşkilat şöbəsinin müdiri olub.

1996–2013-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Miqrasiya İdarəsinin rəisi, Dövlət Əmək Müfəttişliyinin rəisinin müavini və rəisi olub.2014–2018-ci illərdə isə “Azərsu” ASC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi olub.

Sabiq vəzifəli şəxsin gəlini İNTİHAR ETDİ – Psixi zorakılığa MƏRUZ QALIB