17 May 2024
Azərbaycanda QƏZA: Hərbçi maşını kanala aşırdı - FOTOLAR

Azərbaycanda QƏZA: Hərbçi maşını kanala aşırdı - FOTOLAR

17 Aprel 2023
Baxış: 369

Beyləqanda maşın kanala aşıb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə rayonun Daşburun kəndində, Yuxarı Qarabağ kanalının kənd ərazisindən keçən hissəsində baş verib. İlkin ehtimallara görə, körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb.

Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılıb. Lakin sürücü maşında olmayıb. Hazırda onun axtarışları aparılır.

Sürücünün hərbçi olduğu bildirilir.

***

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

“Qafqazinfo”nun məlumatına görə, kanala düşən hərbçi 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğludur. Onun axtarışları davam etdirilir.