21 May 2024
Azərbaycanda professor vəfat etdi - FOTO

Azərbaycanda professor vəfat etdi - FOTO

31 Oktyabr 2023
Baxış: 366

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru Kamil Bəşirov vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, K.Bəşirov 68 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Kamil Bəşirov 1955-ci ildə Yevlax rayonunda anadan olub. 1975-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini bitirib. 1982-ci ildən APİ-nin (indiki ADPU) 2 nömrəli korpusunda tədris üzrə dispetçer, 1990-cı ildən laborant, müəllim, baş müəllim, dosent vəzifələrini tutub. 7 kitabın, 100-dən artıq elmi məqalənin müəllifi olub.