19 May 2024
Azərbaycanda Prezident seçkilərinin ilkin nəticələri bu tarixdə ELAN OLUNACAQ

Azərbaycanda Prezident seçkilərinin ilkin nəticələri bu tarixdə ELAN OLUNACAQ

06 Fevral 2024
Baxış: 306

Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimailəşdiriləcək. Bu isə yenə də ilkin nəticə sayılacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

"Yekunda isə Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bu qərar qətidir. Bundan sonra seçilən şəxs andiçmə keçirə biləcək", - o qeyd edib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.