18 May 2024
Azərbaycanda polis həyatını təhlükəyə ataraq vətəndaşı yanan evdən belə çıxardı - ANBAAN VİDEO

Azərbaycanda polis həyatını təhlükəyə ataraq vətəndaşı yanan evdən belə çıxardı - ANBAAN VİDEO

20 May 2022
Baxış: 396

Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.

AJMEDİA.İNFO xəbər verir ki, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.

Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Elnur Əhmədova fədakarlığına görə təşəkkür edib.

Həmin təsirli anları təqdim edirik: