05 May 2024
Azərbaycanda orta aylıq əmək haqqı 12 manat artdı – Rəsmi

Azərbaycanda orta aylıq əmək haqqı 12 manat artdı – Rəsmi

12 İyun 2023
Baxış: 431

Bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 913 manat 90 qəpik olub.
Bu gün açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar-mart 2023) müqayisədə 12 manat 60 qəpik artıb.
Belə ki, bu ilin yanvar-mart aylarında orta aylıq əmək haqqı 901 manat 30 qəpik olub.

Məlumat üçün bildirək ki, ötən ilin əvvəlindən ötən dövr ərzində və bu ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

2023-cü il
Yanvar – 856,2 manat
Yanvar-Fevral – 854,5 manat
Yanvar-Mart – 901,3 manat
Yanvar-Aprel – 913,9 manat

2022-ci il
Yanvar – 765,9 manat
Yanvar-Fevral – 768,3 manat
Yanvar-Mart – 809 manat
Yanvar-Aprel – 824,7 manat
Yanvar-May – 825,3 manat
Yanvar-İyun – 827,1 manat
Yanvar-İyul – 831,3 manat
Yanvar-Avqust – 829 manat
Yanvar-Sentyabr – 827,4 manat
Yanvar-Oktyabr – 827,9 manat
Yanvar-Noyabr – 829,9 manat
Yanvar-Dekabr – 839,4 manat

yeniavaz.com