17 May 2024
Azərbaycanda OLAY: Yeniyetmə qızı zorlayıb, videosunu çəkdilər

Azərbaycanda OLAY: Yeniyetmə qızı zorlayıb, videosunu çəkdilər

26 Avqust 2022
Baxış: 492

Bərdə rayonunda dörd nəfər yeniyetmə qızı zorlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, 14 yaşlı qızla cinsi əlaqədə olan şəxslər hadisənin videosunu çəkərək kənd sakinləri arasında yayıblar.

Bununla bağlı qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məsələ barədə oxu.az Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən dörd nəfər müəyyən edilib:

“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.