18 May 2024
Azərbaycanda narkoman anasından bezən 10 yaşlı qız polisə müraciət etdi

Azərbaycanda narkoman anasından bezən 10 yaşlı qız polisə müraciət etdi

12 Noyabr 2021
Baxış: 432

Azərbaycanda 10 yaşlı uşaq polisə müraciət edərək sığınacağa yerləşdirilməsini istəyib.

AJMEDİ.İNFO xəbər verir ki,bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yayıb.

O bildirib ki, 10 yaşlı qız artıq sığınacağa yerləşdirilib.

“Qızımızın atası başqa qadınla evlidir və ayrı yaşayır. Anası isə narkotik istifadəçisi olduğundan qızı evdən çıxararaq ona hardan olursa olsun pul gətirməsini tələb edib. Azyaşlı dəfələrlə buna qarşı çıxmağa çalışıb və çox pis şəkildə döyülüb.

Qızımız bildirir ki, anası ona hətta bıçaqla belə xəsarət yetirib. İndiyədək anasının narkotikini qarşılamaq və döyülməməsi üçün çalışan qız sonda bezərək polisə müraciət edib. Qızın heç bir sənədi, təhsili, tibbi kartı yoxdur. İlk növbədə sənədləri hazırlanacaq və təhsilini bərpa etməyə çalışacağıq”, - deyə Mehriban Zeynalova qeyd edib.