17 May 2024
Azərbaycanda musiqiçi vəfat etdi, nəşinə sahib çıxan yoxdur... - FOTO

Azərbaycanda musiqiçi vəfat etdi, nəşinə sahib çıxan yoxdur... - FOTO

12 İyul 2021
Baxış: 562

Bir müddət əvvəl "Elgizlə izlə" proqramına qatılaraq küçədə yaşadığını deyən tarzən Vahid Bağırov vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, parklarda yaşayan musiqiçi verilişin yaradıcı heyəti tərəfindən sığınacağa yerləşdirilmişdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Sığınacaqdan bildirilib ki, mərhumun nəşinə sahib çıxan olmayıb.

"Kitab oxuyurmuş, qoyub kənara yatıb. Elə yuxuda keçinib. Səhər sığınacağın işçiləri gəliblər ki, yemək gətirib. Görüblər ki, keçinib. gecə yatıb səhər oyanmayıb" deyə, aparıcı Elgiz Əkbər bildirib.

Aparıcı əlavə edib ki, musiqiçinin cəsədi hələ də morqdadır. O, mərhumun qohumlarına səslənərək "Bütün xərci bizim kanal ödəyəcək. Bakı kəndlərindən birindəndir. Kimsəsizlər qəbiristanlığında dəfn olunmasın. Qohumlar sahib çıxsın, valideynlərinin yanında dəfn olunsun" sözlərini söyləyib.

Qeyd edək ki, V.Bağırov həyat yoldaşından ayrılıb. Övladları və keçmiş xanımı ondan imtina edib./Axşam.az