06 May 2024
Azərbaycanda müəllimlərin maaşı 2 dəfə artırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda müəllimlərin maaşı 2 dəfə artırılır? - RƏSMİ AÇIQLAMA

15 Sentyabr 2021
Baxış: 713

Sosial şəbəkələrdə Naxçıvanda müəllimlərin aylıq vəzifə maaşlarının 2 dəfə qaldırılması ilə bağlı məlumat yayılıb. Bununla bağlı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun sərəncam imzaladığı bildirilir.

AJMEDİA.İNFO xəbər verir ki, qafqazinfo məsələyə aydınlıq gətirmək üçün Naxçıvan MR Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən məlumatın həqiqətə uyğun olmadığı bildirilib:

“Bu məlumat yalandır. Köhnə sərəncamı tarixini göstərmədən paylaşıb camaatı təşvişə salırlar. Bu bir neçə il əvvəlin sərəncamıdır, hazırda belə bir artım yoxdur”.