17 May 2024
“Azərbaycanda koronavirusa yoluxma sayında artım var“ - Səhiyyə naziri

“Azərbaycanda koronavirusa yoluxma sayında artım var“ - Səhiyyə naziri

01 İyul 2022
Baxış: 383

"Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır".

AJMEDİA.İNFO xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir: "Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq".