19 May 2024
Azərbaycanda koronavirusa yoluxanların sayı 6500-ü keçib, 3737 nəfər sağalıb, 78 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxanların sayı 6500-ü keçib, 3737 nəfər sağalıb, 78 nəfər vəfat edib

04 İyun 2020
Baxış: 462

Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3737 nəfər müalicə olunaraq sağalmış, 78 nəfər vəfat etmiş, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJM-ya verilən məlumata görə, həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılmışdır.