15 May 2024
Azərbaycanda kişi anasına təcavüz edən şəxsi 9 il sonra “Vinchester”lə QƏTLƏ YETİRDİ

Azərbaycanda kişi anasına təcavüz edən şəxsi 9 il sonra “Vinchester”lə QƏTLƏ YETİRDİ

27 May 2022
Baxış: 649

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ziyadxan Aslanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: 2021-ci il oktyabrın 18-si saat 17 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kənd sakini 1986-cı il təvəllüdlü Murad Balacayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1995-ci il təvəllüdlü Ziyadxan Aslanovun aralarında yaranan mübahisə zamanı Murad Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ziyadxan Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məhkəmə istintaqı zamanı Ziyadxan Aslanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O ifadəsində göstərib ki, 2012-ci ildə həmkəndlisi Murad Balacayev yaşadıqları evə gizlicə daxil olaraq, əlində olan bıçaqla anasına hədə-qorxu gələrək onu zorlayıb: “Murad törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib. O, cəzasını çəkib qurtardıqdan sonra isə kəndə qayıtdı. Murada tanışlarım vasitəsilə məlumat göndərdim ki, kənddən çıxıb getsin. Lakin o, mənim bu tələbimə məhəl qoymayaraq kənd ərazisində sərbəst hərəkət edirdi. Muradın bu hərəkətləri məndə qıcıq yaratdığı üçün dəfələrlə onu öldürmək haqda fikrə düşdüm. Lakin sonra fikrimdən daşındım. Ailə üzvlərimə Muradı öldürəcəyimlə bağlı məlumat verdim. Bundan sonra atam Muradın atasını çağıraraq oğlunu kənddən çıxarmağını tələb etdi. Lakin yenə də o, kənd ərazisində qalmaqda davam etdi.

Hadisə günü “Vinchester” markalı ov tüfəngi götürüb Murad Balacayevə doğru hərəkət etdim. Muradın qardaşı Namiq isə təqribən 100 metr aralıda dayanmışdır. Murada yaxınlaşaraq “sən ev tapmırdın mənim evimə girirdin” sözlərini dedim. Murad isə mənə “sənin evinə girməmişəm, nə olubsa keçmişdə qaldı” sözlərini söylədi. Muradın mənim ailəmə qarşı etdiyi hərəkətinə görə tüfəngi ona doğru tuşladım və sinə nahiyəsinə bir dəfə atəş açdım. Atəş açdıqdan sonra o, yerə yıxıldı.

Qaraqoyunlu kəndinin çıxışında yerləşən meşəyə getdim “Vinchester”i ağacın altında gizlətdim. Qayıdan zaman polis əməkdaşlarının məni artezian quyusunun yanında gözlədiklərini gördüm. Sonra onlara yaxınlaşaraq təslim oldum”.