06 May 2024
Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Qohumlar XƏSTƏXANALIQ OLDULAR

Azərbaycanda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Qohumlar XƏSTƏXANALIQ OLDULAR

17 Avqust 2023
Baxış: 432

Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib.

AJMEDİA.İNFO-nun məlumatına görə, hadisə Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, istirahət edən sakinlər - 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu, 1986-cı il təvəllüdlü Əskərli Ferid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.