20 May 2024
Azərbaycanda işçilərin maaşı artıb – RƏQƏMLƏR

Azərbaycanda işçilərin maaşı artıb – RƏQƏMLƏR

13 Dekabr 2022
Baxış: 440

Bu il Azərbaycanda muzdlu işçilərin sayında və onların əmək haqqında artım qeydə alınıb.

AJMEDİA.İNFO xəbər verir ki, 2022-ci il noyabrın 1-nə olan məlumata əsasən muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 min nəfər və ya 1,6 faiz artaraq 1 milyon 729 min 300 nəfər olub. İşçilərin 900,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2022-ci ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat olub.

Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.(sfera.az)