18 May 2024
Azərbaycanda imkanlı şəxs şəhid anasının mülkünü YANDIRDI

Azərbaycanda imkanlı şəxs şəhid anasının mülkünü YANDIRDI

24 Avqust 2021
Baxış: 734

Saatlı rayonunda Vətən müharibəsi şəhidi Oqtay Səfərovun anasına məxsus torpaq sahəsi, ot tayası kənddəki imkanlı şəxs tərəfindən yandırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə ilə bağlı Bakupost-a danışan, şəhid anası Zülfiyyə Səfərova bildirib ki, bu barədə hüquq mühafizə orqanlarına müraciət etsə də, ərazini yandıran şəxs bu əməlini boynuna almır:

“Saatlı rayonu Qaralar kəndində olan 5 hektar ərazimin 3 hektardan çoxu yandırılıb. Kimin yandırdığını da bilirik, polisə müraciət etmişik. Araşdırma aparılır”.

Torpaq sahəsi yandırılan qadının bacısı qızı Sevinc Elsevər məsələ ilə bağlı qeyd edib ki, ərazini yandırdığı ehtimal olunan varlı kənd sakini hadisədən öncə şəhid anasına zəng edib və həmin torpağın ona satılmasını tələb edib:

“Xalam razı olmayıb. Kənddəki o varlı adam yəqin, fikirləşir ki, xalam bu qədər torpağı neyləyəcək, daha oğlu da yoxdur”, - deyə o bildirib.