20 May 2024
Azərbaycanda faciəvi şəkildə ölən tələbə BU VƏZİFƏLİ ŞƏXSİN OĞLU İMİŞ - FOTO

Azərbaycanda faciəvi şəkildə ölən tələbə BU VƏZİFƏLİ ŞƏXSİN OĞLU İMİŞ - FOTO

28 Sentyabr 2022
Baxış: 394

Bir neçə gün əvvəl yol qəzası zamanı həlak olan Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Elvin Əzizli məmur oğlu imiş.

AJMEDİA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, Elvin Əzizli Dövlət Əmək Müfəttişliyinin Mil-Muğan Regional şöbəsinin rəisi Şahin Əzizlinin oğludur.

Qeyd edək ki, 23 sentyabr tarixində Firdovsi Eyvazov idarə etdiyi "KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.

6333e0d9aac17202209225121