20 May 2024
Azərbaycanda FACİƏ: Qazi öldü, anasının ürəyi dayandı - FOTO

Azərbaycanda FACİƏ: Qazi öldü, anasının ürəyi dayandı - FOTO

12 Yanvar 2023
Baxış: 349

Vətən müharibəsi qazisi vəfat edib.

AJMEDİA.İNFO lent.az-a istinadən bildirir ki, Balakən rayonu, İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun cənazəsi bu gün Balakənə aparılaraq ailəsinə təhvil verilib.

Bu zaman oğlunun ölüm xəbərini eşidən anası Esma Çiliyevanın da ürəyi dayanıb.

Z.Osmanov dünən doğulduğu kənddə torpağa tapşırılıb.

Esma Çiliyeva isə bu gün dəfn ediləcək.

Allah rəhmət eləsin!

Balakəndə FACİƏ: Qazi öldü, anasının ürəyi dayandı